25 oktyabr 2024. Cümə

Qarabağ klubu haqqında kitabın ingilis versiyası satışa çıxarıldı


Qarabağ klubu haqqında kitabın ingilis versiyası satışa çıxarıldı

İtaliyalı yazar Emmanuele Culianellinin "Qarabağ" klubu haqqında yazdığı kitabın ingilis versiyası satışa çıxarılıb.

Corner.az-ın məlumatına görə, yazar bu barədə tviterdə paylaşımında yazıb.

Həmin kitabın onlayn versiyasını müxtəlif platformalarda əldə etmək mümkündür.

“Qarabağ” – şəhəri olmadan Avropanı fəth edən komanda” kitabına 16,99 funt sterlinq (təxminən 35 manat) qiymət qoyulub.

Qeyd edək ki, Emmanuele Culianelli bu kitabı 2018-ci ildə italyan dilində təqdim edib. İngilis versiyası isə bu ilin martında işıq üzü görüb.







Xəbər news