2 fevral 2026. Bazar ertəsi

Bu təcrübə ilə yenə Çempionlar Liqasında qrupa düşə bilərik


Bu təcrübə ilə yenə Çempionlar Liqasında qrupa düşə bilərik

"Başda klubumuz olmaqla, hər kəsi çempionluq münasibətilə təbrik edirəm".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl "köhlən atlar"ın Azərbaycan Premyer Liqasında qazandığı 9-cu çempionluğu münasibətilə təşkil olunan mərasimdə jurnalistlərə açıqlamasında deyib.

Funksioner, bu, komandanın torpaqlar azad olunduqdan sonra ilk çempionluğu olduğunu bildirib: "Müstəqil Ağdamın təmsilçisi kimi ilk kubokumuzu qazandıq. 2021-ci ildən bu fikirləri səsləndirirdik ki, xəyalımız Qarabağa getmək, qələbəmizi öz vətənimizdə qeyd etməkdir. Artıq buna nail olduq. Təbii ki, bu, Cənab Prezidentin, xalqımızın sayəsində gerçəkləşən möcüzədir. Hələ də inanmaqda çətinlik çəkirəm. Şükürlər olsun ki, bunu bacardıq. Ona görə də mənim üçün heç vaxt unudulmayacaq qalibiyyətdir. "Qarabağ" tarixində bir çox ilklərə imza atmış komandadır. İnanıram ki, bu sabitlik və təcrübə ilə yenə də Çempionlar Liqasında qrupa düşərik".







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO