2 fevral 2026. Bazar ertəsi

Klub prezidenti futbolçunu hədələdi: Əgər havayı getsən, səni öldürəcəm!


Klub prezidenti futbolçunu hədələdi: Əgər havayı getsən, səni öldürəcəm!
“Valensiya”nın prezidenti Anil Murti komandanın yarımmüdafiəçisi Karlos Solerunu təhdid edib. Corner.az xəbər verir ki, “Superdeporte” nəşri internetdə aprel ayında prezidentin və bəzi iş adamlarının iştirak etdiyi şəxsi şam yeməyindən prezidentlə futbolçu arasında söhbətin audio yazısını yayıb. 49 yaşlı funksioner ispan futbolçuya deyir:
 
“Əgər sən yanvarda havayı getsən, səni öldürəcəm. Səni və bütün mətbuatı öldürəcəm. Öldürmək üçün 100 min avro verəcəm! Çünki bizə maliyyə gətirməyin lazımdı, bizim akademiyada yetişdin, klub sənə çox xərc çəkib”.
 
İnternetdə yayılanlardan sonra “Valensiya” bəyanatla çıxış edib:
 
“Yayılan səs yazısı kontekstdən çıxarılıb və mübahisə yaratmaq cəhdi üçün redaktə edilərək saxtalaşdırılıb. Klub prezidentinin icazəsi olmadan kontekstdən kənar, şəxsi söhbətdən götürülmüş və qeyri-qanuni qeydə alınmış bu audio yazılar şəxsi həyatın toxunulmazlığına hücumdur.
 
Bu addım, “Superdeporte”nin son aylarda “Valensiya”ya qarşı həyata keçirdiyi qarayaxma kampaniyasının bir hissəsidir. Bu kampaniya bir neçə ay əvvəl onların təklifi rədd edildikdən sonra başladı. Qəzet “Valensiya”dan reklam üçün on minlərlə avro tələb edirdi”.

Axşam yeməyində Murti klubun çətin maliyyə vəziyyətindən və heyətlə bağlı gələcək planlarından da danışıb. Valensiya azarkeşləri Murti və sinqapurlu sahibi Peter Limi şiddətlə tənqid edərək, kluba yalnız bir iş kimi baxdıqlarını bildiriblər.
 
Soler bu mövsüm İspaniya Liqasında 31 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilə qədərdir. Hazırda futbolçunun transfer dəyəri 50 milyon avro qiymətləndirilir.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO