13 may 2026. Çərşənbə

Azərbaycanda ən yaxşı komanda olduğumuzu sübut etdik


Azərbaycanda ən yaxşı komanda olduğumuzu sübut etdik

"Bu, ən çətin və ən maraqlı mövsüm oldu. Çünki hərtərəfli mübarizə aparmağa çalışırdıq. Yaxşı komanda formalaşıb. Oyunçu sayı çoxdur. Zədəlilərimiz isə az oldu. Ona görə də sonadək vuruşa bildik. Konfrans Liqasında tarix yazdıq və Azərbaycan çempionu olduq. Ölkə kubokunu da qazanmaq istəyirik. Ötən il alınmadı. Bu il Azərbaycanda ən yaxşı komanda olduğumuzu sübut etməyə çalışdıq. Fikrimcə, bizdə alındı. İnanıram ki, gələcəkdə daha yaxşı və perspektivli komanda olacağıq. Yeni tarix yazmağa hazırıq".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı