- Xəbər news
- 21:58 14.03.2026
"Parma”nın qapıçısı Canluici Buffon “qızıl top”u heç vaxt qazanmadığına görə əsəbi olduğunu bildirib
Corner.az “France Football”-a istinadən xəbər verir ki, 44 yaşlı qolkiper, mükafatın təqdim edilməsinin həmişə ədalətli olmadığını deyib:
“2003-cü ildə Çempionlar Liqasının ən yaxşı oyunçusu kimi tanınsam da, ilk 5-likdə belə yer almadım. Müəyyən mükafatlara əhəmiyyət vermirəm. Amma mən məntiqli davranış istəyirəm, çünki bu, idmandır və çox vaxt bunu mən görmədim”.
2002/03 mövsümündə “Yuventus” Çempionlar Liqasının finalına yüksəlib və burada “Milan”a penaltilər seriyasında məğlub olub. Buffon iki zərbəni dəf etsə də, bu, Turin təmsilçisini məğlubiyyətdən xilas etməyib. O, “qızıl top”a namizəd olsa da, səsvermədə 9-cu yeri tutub.