8 dekabr 2025. Bazar ertəsi

Barselona və Real ABŞ-da qarşılaşacaq


Barselona və Real ABŞ-da qarşılaşacaq
Bu ilin yayında İspaniyanın 2 nəhəng klubu “Barselona” “Real”la yoxlama oyunu keçirəcək. Corner.az xəbər verir ki, görüş ABŞ-ın Las-Veqas şəhərində baş tutacaq.
 
Bu barədə COPE məlumat yayıb. “Barselona”nın ABŞ-a mövsümöncəsi turu iyulun 19-dan 30-na kimi davam edəcək. Xəbərdə bildirilir ki, “Barsa” ABŞ-da “İnter Mayami”, “Yuventus” və “Nyu York Red Bullz”la da oyunlar keçirəcək.
 
Kataloniya klubunun bu oyunlardan əldə edəcəyi gəlirin təxminən 10 milyon avro olacağı gözlənilir. “Real” və “Yuventus”la matçlarda “Barselona” stadionu şərikli icarəyə götürəcək, klublar bilet satışından əldə olunan gəliri öz aralarında bölüşdürəcəklər.
 
“Barselona” – “Real” matçının dəqiq tarixi hələlik açıqlanmayıb.






Xəbər news