26 noyabr 2024. Çərşənbə axşamı

Abramoviç Böyük Britaniya hökuməti ilə razılığa gəldi


Abramoviç Böyük Britaniya hökuməti ilə razılığa gəldi
“Çelsi”nin sahibi Roman Abramoviç və Böyük Britaniya hökuməti klubu satmaq üçün lazım olan bütün hüquqi prosedur barədə razılığa gəliblər. Corner.az “Bloomberg”ə istinadən xəbər verir ki, rusiyalı funksionerin vəkilləri və hökumət klubun Abramoviçə olan 2 milyard avro borcu ilə bağlı razılığa gəliblər.
 
Abramoviç “zadəganlar”ın satışa çıxardıqdan dərhal sonra pulunu almaq istəyirdi. Lakin İngiltərə hökumətinin sanksiyaları səbəbindən bu proses yubanırdı.
 
Daha əvvəl Böyük Britaniya hökuməti “Çelsi”nin satışı ilə bağlı ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və “Clearlake Capital” investisiya şirkətindən ibarət qrupla razılığa gəlib.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir