Simeonedən Griezmann açıqlaması - "Gələn mövsüm..."
"Atletico Madrid"in baş məşqçisi Diego Simeone yayda Antoine Griezmannın "Barcelona"ya keçəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Corner.az "Goal.com"a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis fransalı futbolçunun komandadan ayrılmayacağını söyləyib: "Griezmann "Atletico" üçün çox vacib futbolçudur. Bizim üçün çox vacib futbolçulardan biridir.Ümid edirik ki, növbəti mövsümdə də ən azı bu ilki qədər yaxşı oynayacaq".
Qeyd edək ki, Griezmannın Madrid klubu ilə müqaviləsi 2023-cü ildə başa çatır