26 noyabr 2024. Çərşənbə axşamı

Sabah'ın legioneri Ukrayna klubuna qayıtmaq istəmir


Sabah'ın legioneri Ukrayna klubuna qayıtmaq istəmir
"Sabah”da icarə əsasında çıxış edən futbolçu Lukas Rangel müqavilə ilə məxsus olduğu Ukraynanın “Vorskla” klubuna qayıtmaq niyyətində deyil. Corner.az xəbər verir ki, bu barədə 26 yaşlı hücumçu ölkəsinin mətbuatına açıqlama verib.
 
Cari mövsümün sonunda Bakı klubu ilə sözləşməsi başa çatacaq braziliyalı futbolçu hələlik gələcəyi ilə bağlı qərar vermədiyini söyləyib: 
 
“Ukraynada oynamış həmkarlarımla hər gün əlaqə yaradıram. Heç kim ora dönməyi istəmir. Artıq başqa klublar da mənimlə maraqlanır. Hər şeyi təhlil etdikdən sonra addım atacağam. İstənilən halda özümü Avropadan kənarda görmürəm”.
 
Bildirək ki, Lukas Rangel Ukraynada müharibə başladıqdan sonra ölkədən ayrılıb.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir