- Xəbər news
- 15:12 27.11.2025
İtaliyanın “Roma” klubunun gənc futbolçusu Nura Abdullahi karyerasını başa vurub.
Corner.az xəbər verir ki, nigeriyalı futbolçunun belə gözlənilməz qərar qəbul etməsinə sağlıq problemi səbəb olub.Həkimlər ürəyində problem aşkarlanan futbolçuya qadağa qoyublar. Bu səbəbdən də Abdullahi 21 yaşında karyerasını başa vurmalı olub.
Qeyd edək ki, gənc futbolçunun “Roma” ilə 2021-ci ilə qədər müqaviləsi var.