Türkiyənin "Bursaspor" klubunun aşağı liqaya düşməsində komandanın bəzi futbolçuları günahlandırılır. Corner.az xəbər verir ki, həmin oyunçulardan biri də Azərbaycan millisinin üzvü Namik Ələskərovdur.
Media və "timsahlar"ın azarkeşləri I Liqanın 35-ci turunun "Bandırmaspor"la oyunundan iki gün əvvəl komandanın bir neçə üzvünün gecə klubunda olduğunu yazıb. İddiaya görə, Burak Altıparmak, Enver Cenk Şahin, Hasan Ayaroğlu, Kubilay Sönmez və Namik Ələskərov komandanın liqada qalmaq üçün son şansı olan görüşdən əvvəl səhərə kimi gecə klubunda əyləniblər.
Qeyd edək ki, "Bursaspor" həmin qarşılaşmada "Bandırmaspor"a 2:4 hesabı ilə məğlub olaraq II Liqaya düşüb.
Namik Ələskərov cari mövsümdə "Bursaspor"un heyətində meydana çıxdığı 33 oyunda 6 qol və 6 məhsuldar ötürmə edib.