Futbol üzrə Latviya çempionatında 14-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Riqa”nın qonağı olub. Futbolçularımızın komandası bu oyunda 0:2 hesablı məğlubiyyətə üzülüb.
Şakirlə Asim də bu görüşün iştirakçısı olublar. Asim start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Şakir isə 76-cı dəqiqədə meydana buraxılıb.
“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb.
“Dauqavpils” 14 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.