Futbol üzrə Latviya çempionatında 14-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti matçına çıxıb
Sözügedən komanda doğma meydanda “Spartak”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 0:3 hesablı məğlubiyyətlə üzləşib. Millimizin sabiq hücumçusu bu matçın 46-cı dəqiqəsində meydana buraxılıb.
“Super Nova” 14 turdan sonra 4 xalla sonuncu pillədə qərarlaşıb.