25 oktyabr 2024. Cümə

Real'dan 360 milyon avroluq müqavilə


Real'dan 360 milyon avroluq müqavilə

İspaniyanın "Real Madrid" klubu "Sixth Street" investisiya şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, razılaşmanın müddəti 20 il, dəyəri isə 360 milyon avrodur.

"Kral klubu" bu vəsaitlə ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunun yenidən qurulması işlərini davam etdirəcək.

"Sixth Street" şirkəti isə bilet satışı istisna olmaqla, arenadakı digər bütün tədbirlərdən əldə olunacaq gəlirlərin 30 faizini özünə götürəcək.







Xəbər news