İspaniyalı futbol hakimi Mateo Laos bu gün tarixə düşəcək. Corner.az xəbər verir ki, iki gün ərzində keçiriləcək iki final matçı 45 yaşlı referiyə tapşırılıb. Futbol tarixində indiyədək belə şey baş verməyib.
İspaniyalı referi mayın 19-da “Əl-Hilal” və “Əl-Feyha” komandaları arasında Səudiyyə Ərəbistanı kubokunun həlledici oyununu idarə edib.
Laos bu gün isə Yunanıstan kubokunun final matçında da iş başında olacaq. “Panatinaikos” – PAOK qarşılaşması saat 21:00-da başlayacaq.
“Əl-Feyha” əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında “Əl-Hilal”ı məğlub edib – 3:1.