Futbol üzrə Xorvatiya çempionatında 2021/22 mövsümünə yekun vurulub. Corner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su sonuncu - 36-cı turda doğma meydanda "Hayduk"la üz-üzə gəlib.
Zaqreb təmsilçisi bu oyundan 3:1 hesablı qələbə qazanıb. Mahir bu oyunu sona qədər ehtiyat skamyasından izləyib..
Çempionluğu bir tur əvvəl rəsmiləşdirən “Dinamo” mövsümü 79 xalla bitirib. Qarşılaşmadan sonra Zaqreb təmsilçisinin kollektivi qızıl medallarla və çempionluq kuboku ilə təltif olunub.