25 oktyabr 2024. Cümə

Krivotsyuk'suz Visla'dan son oyunda darmadağın


Krivotsyuk'suz Visla'dan son oyunda darmadağın
Futbol üzrə Polşa çempionatında 2021/22 mövsümünə yekun vurulub. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da sonuncu matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Stal"ı qəbul edib. Futbolçumuzun komandası bu oyunda darmadağınla qələbə qazanıb - 3:0.
 
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
Plotsk “Visla”sı 34 oyuna topladığı 48 xalla mövsümü 18 kollektiv arasında 6-cı pillədə başa vurub. Anton Krivotsyuk isə geridə qalan mövsümdə 16 oyuna çıxıb, 2 qolla yadda qalıb.






Xəbər news