La Liqa Prezidenti Javier Tebas verəcəkləri yeni bir mükafatla, Barcelonanın Argentinalı ulduzu Lionel Messinin adını ölümsüzləşdirməyi düşünür.
Corner.az-ın məlumatına görə La Liqada ilin ən yaxşı performans göstərən futbolçusunun alacağı mükafata, Messinin adının verilməsi gündəmə gəlib.
La Liqa başçısı Javier Tebas mövzuyla əlaqədar olaraq, "Messi bir gün mütləq bütün zamanların ən yaxşı futbolçusu olacaq. Uşaqlığından bu yana futbol oynayır və hər zaman zirvədədir. Gələcəkdə, La Liqada ilin ən yaxşı performans göstərən futbolçusuna bir mükafat vermək və bu mükafata Messinin adını vermək yaxşı bir fikir ola bilər "dedi.
İspaniyada La Liga qol kralına Pichichi, ilin ən yaxşı qapıçısına da Zamora mükafatı verilir.