25 oktyabr 2024. Cümə

De Byazi Milan'ın çempionluğunu şərh etdi


De Byazi Milan'ın çempionluğunu şərh etdi

"Milan" Skudettonu qazanmağa layiq idi".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millinin baş məşqçisi Canni De Byazi "Milan"ın İtaliya A Seriyasında 2021/2022 mövsümünün qalibi olması barədə danışarkən deyib.

65 yaşlı mütəxəssis bu çempionluğun "rossonerilər"in baş məşqçisi Stefano Piolinin şəxsi intiqamı olduğunu bildirib: "O, situasiyaları necə idarə etməyi bilir. Unutmayaq ki, iki il əvvəl qovulmaq üzrə idi. Yerinə isə Ralf Ranqnik gətirilirdi. Pioli çətin dönəmdən yüksək səviyyəyə çatdı. "Milan" bu mövsüm bəzi matçlarda möhtəşəm oynadı. Məsələn, "Sassuola"ya qarşı son tur oyunun mən böyük intensivlik gördüm. Qalib gəlmək heç vaxt asan olmur".

İtaliyalı mütəxəssis UEFA Konfrans Liqasının final matçının Albaniyanın paytaxtı Tiranadakı Milli Arenaya salınmasına da toxunub : "Arena cəmi 22 000 azarkeş tutur. Digər amillərə gəlincə, Milli Arena əsl incidir. Onu florensiyalı memar hazırlayıb. Bu stadion İtaliya üçün də yaxşı vizit kartıdır".

Təcrübəli mütəxəssis bu finalda da həmyerlilərinin işinin asan olmayacağını vurğulayıb: "Feyenoord" təhlükəli rəqibdir. İlk növbədə futbolçular özlərinə güvənməlidir".







Xəbər news