25 oktyabr 2024. Cümə

Əsgərovun komandası evdə darmadağın oldu


Əsgərovun komandası evdə darmadağın oldu
Futbol üzrə Latviya çempionatında 15-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda RFS-i qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:3.
 
Vüqar bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Super Nova” 15 turdan sonra 4 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.






Xəbər news