25 oktyabr 2024. Cümə

Qazaxıstan Premyer Liqasında komanda sayı azaldılacaq


Qazaxıstan Premyer Liqasında komanda sayı azaldılacaq

Futbol üzrə Qazaxıstan Premyer Liqasında komandaların sayı azaldılacaq.

Corner.az "Vesti.kz" nəşrinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının yeni prezidenti Adilet Barmenkulov qərar verib.

Dəyişikliyin nə vaxt qüvvəyə minəcəyi hələllik açıqlanmayıb.

Qeyd edək ki, 2021-ci ildən yerli çempionatda 14 klub mübarizə aparır. 2013-cü ildən həmin vaxtadək əsas dəstədə 12 komanda çıxış edib. Azərbaycan millisinin qapıçısı Emil Balayev bu ölkədə "Turan"ın formasını geyinir.







Xəbər news