25 oktyabr 2024. Cümə

Levandovski növbəti dəfə Qızıl buts'u qazandı


Levandovski növbəti dəfə Qızıl buts'u qazandı
Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts”a sahib olub. Corner.az xəbər verir ki, polşalı hücumçu Almaniya Bundesliqasının 2021/22 mövsümündə meydana çıxdığı 34 oyunda 35 qol vurub.
 
Nəticədə 70 xala malik 33 yaşlı futbolçu rəqiblərini böyük fərqlə üstələyib. PSJ-nin hücumçusu Kilian Mbappe 28 qolla 56 xal toplayıb. Çiro İmmobile (“Latsio”) və Kərim Benzema (“Real”) hərəyə 27 qolla 54 xal yığaraq, 3-4-cü yerləri bölüşdürüblər. “Monako”nun hücumçusu Vissam Ben Yedder isə 25 qolla 50 xal toplayıb və ilk beşliyi qapayıb.
 
Xatırladaq ki, Robert Levandovski ötən mövsüm 41 qolla (82 xal) “Qızıl buts” qazanmışdı.






Xəbər news