6 dekabr 2025. Şənbə

Kəpəz klubu iş adamlarına müraciət etdi


Kəpəz klubu iş adamlarına müraciət etdi

4 illik fasilədən sonra Azərbaycan Premyer Liqasına qayıdan “Kəpəz” klubu dəstək üçün iş adamlarına çağırış edib.

Corner.az-ın məlumatına görə, müraciətdə futbolu sevən gəncəli biznesmenlərdən komandaya dəstək olmaqları istənilib.

Hazırda Azərbaycan futbolunda ən böyük azarkeş ordusuna malik klubun maliyyə yardımına ehtiyacı olduğu bildirilib: “Klubun hesabına müxtəlif şirkətlər və sahibkarlar tərəfindən maliyyə vəsaiti köçürülə bilər ki, bu da komandamızın büdcəsini artırmaqla uğurlu çıxışa kömək olacaq. “Kəpəz” ailəsi olaraq bizimlə birlikdə irəliləmək istəyən sponsorlara çağırış edirik. Futbolun inkişafını əhatə edən investisiya təkliflərini dəyərləndirməyə hazırıq! Klubumuza sərmayə qoymaq, futbolun inkişafını birgə təmin etmək üçün yolunuzu gözləyirik"!

Qeyd edək ki, "Kəpəz" I Diviziondan Premyer Liqaya "Turan Tovuz"la birlikdə yüksəlib.







Xəbər news