- Xəbər news
- 15:12 27.11.2025
Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.
Corner.az xəbər verir ki, sözügedən komanda səfərdə “Zenit”lə qarşılaşıb.Ramilin komandası bu görüşdə məğlub olub – 2:4.Oyuna start heyətdə başlayan Ramil 40-cı dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb. Məhz onun pasından sonra komanda yoldaşı Serqey Tkaçuk rəqib qapısına yol tapıb. Şeydayev 78-ci dəqiqədə isə kobud oyuna görə ikinci sarı vərəqə alaraq, meydandan qovulub.