“Qəbələ”nin braziliyalı futbolçusu Ruan Renato 2021/2022 mövsümünü dəyərləndirib. Corner.az xəbər verir ki, 28 yaşlı müdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında klubdakı ilk mövsümü haqda fikirlərini qeyd edib:
“Qəbələ”dəki ilk mövsümüm başa çatdı. Mənə bu fürsəti verdikləri üçün çox minnətdaram. Əla oyunlarımız oldu, çox şey öyrəndik və çətin il keçirdik. Müqaviləmin yenilənməsi məni daha da ruhlandırır”.
“Qəbələ” bu mövsüm Premyer Liqada 4-cü yeri tutaraq, UEFA Konfrans Liqasına vəsiqə qazanıb.