26 noyabr 2024. Çərşənbə axşamı

Hədəfimiz Çempionlar Liqasında qrupa düşməkdir


Hədəfimiz Çempionlar Liqasında qrupa düşməkdir

"Azarkeşlərin iştirakı ilə maraqlı və ağır oyun oldu. Bu cür ab-havada oynamaq hər zaman xoşdur".

Corner.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç Azərbaycan Kubokunun finalında "Zirə"yə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, penaltilər seriyasında istənilən komanda qalib gələ bilər: "Sadəcə, şans bizim tərəfimizdə idi".

Qarşıda komandasını UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarının gözlədiyini xatırladan 31 yaşlı oyunçu əsas hədəflərinin yenidən qrupa düşmək olduğunu söyləyib: "İlk növbədə yaxşı forma yığmaq üçün ciddi hazırlaşmalıyıq".

Ozobiç "Qarabağ"dan ayrılmayacağını vurğulayıb: "Müqaviləm davam edir. Bu səbəbdən də komandada qalacağam".

Azərbaycan milli komandasının üzvü UEFA Millətlər Liqasında yaxşı nəticələr qazanmaq istədiklərini əlavə edib.

Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan "Qarabağ" (4:3) titula sahib çıxıb.(report)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir