25 oktyabr 2024. Cümə

Seyidov oynadı, Əlizadə məğlubiyyəti kənardan izlədi


Seyidov oynadı, Əlizadə məğlubiyyəti kənardan izlədi
Futbol üzrə Latviya çempionatında 16-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Auda”nı qəbul edib. Futbolçularımızın komandası bu oyunda 1:2 hesablı məğlubiyyətəüzülüb.
 
Şakir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Asim isə sonadək ehtiyatda qalıb.
 
“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb. Sözügedən komanda 16 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.






Xəbər news