5 dekabr 2025. Cümə

Cavid Hüseynov komandasını dəyişir? - Açıqlama


Cavid Hüseynov komandasını dəyişir? - Açıqlama

"Qarabağ” sırf çempionatı düşünür” kimi fikirlər bizi aldatmamalıdır. Bu reallığı əks etdirmir. 

Corner.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında “Qəbələ”nin kapitanı Cavid Hüseynov deyib. Futbolçu “Səbail”ə məğlub olduqdan sonra artıq 3-cülüyü itirdiklərini bildirib:

“Məğlubiyyətdən sonra 3-cülük uğurunda mübarizənin artıq 90%-ni itirdik. İndi fikrimizi ancaq “Qarabağ”la kubok oyununa yönəltmişik”. 

C.Hüseynov “Qarabağ”-ın artıq 1-ciliyi həll etdiyini və kubok matçına da qazanmaq üçün çıxacaqlarını vurğulayıb: “İnanmıram ki, “Qarabağ” fikrini yalnız çempionata yönəltsin. Demək olar ki, onlar artıq 1-ciliyi həll edib. “Qarabağ” ömür boyu hər iki cəbhədə çıxış edib. Həm kubokda, həm də ki, çempionatda. Neçə illərdir, hər ikisini eyni vaxtda götürür. Deməzdim ki, bizimlə oyuna hazırlıqsız çıxacaqlar”.

Son zamanlar adı “Sabah”la, “Səbail”lə hallanan futbolçu “Qəbələ” ilə müqaviləsinin başa çatmadığını və bu barədə hələ ki dəqiq heç nə olmadığını söyləyib:

“Adımın başqa klublarla hallanması normal haldır. Futbolçuyuq, hallana bilər. Amma mənim “Qəbələ” ilə müqaviləm var. Hələ futbolçularla bununla bağlı rəsmi görüş olmayıb və heç nə bilinmir”.







Xəbər news