1 fevral 2026. Bazar günü

Nikola Yurçeviç: "Qalan iki turda hər şey ola bilər"


Nikola Yurçeviç: "Qalan iki turda hər şey ola bilər"

"Sumqayıt"ın "Neftçi"ni məğlub etməsindən sonra "Qarabağ" çempionatın favoritidir. Amma qalan iki turda hər şey ola bilər".

Corner.az xəbər verir ki, bunu "Report"a millimizin baş məşqçisi Nikola Yurçeviç Premyer Liqada cari mövsümün baş çatmasına 2 tur qalmış vəziyyəti dəyərləndirərkən deyib.

Xorvatiyalı mütəxəssisin sözlərinə görə, XXVI turda "Neftçi" evdə "Sumqayıt"a 2:3 hesabı ilə uduzandan sonra lider "Qarabağ"la aradakı xal fərqi 5-ə yüksəlsə də, paytaxt klubunun çempionluq şansı yenə də qalır.

Qeyd edək ki, "Qarabağ" hazırda 60 xalla liderdir. "Neftçi" isə rəqibindən 5 xal geri qalır. Ağdam təmsilçisi növbəti turda evdə "Səbail", "Neftçi" isə səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Sonuncu turda isə flaqman "Qarabağ"ı qəbul edəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivə ardıcıl 6-cı çempionluq üçün cəmi 1 qələbə lazımdır. 








Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO