25 oktyabr 2024. Cümə

Qarabağ'ın legioneri özünü Mane və Salahla müqayisə etdi


Qarabağ'ın legioneri özünü Mane və Salahla müqayisə etdi

"Ötən mövsümkü çıxışımı 10 ballıq şkala ilə 9 bal qiymətləndirirəm".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Ovusu Kvabena ötən ilin yayında icarə əsasında yollandığı Türkiyənin "Ankaragücü" klubundakı çıxışı barədə danışarkən deyib.

Qanalı hücumçu ölkə xaricində qol vurmağın asan olmadığını bildirib: "Tək mən yox, hətta Sadio Mane və Məhəmməd Salah da fərqlənmək üçün sonadək vuruşur. Amma, məsələn, Harri Keyn şans qazananda bundan asanlıq istifadə edir. Biz isə var gücümüzü qoyuruq. Fərqlənmək üçün niyə bu qədər mübarizə apardığımızı anlamıram".

Qeyd edək ki, Ovusu Kvabena "Ankaragücü"ndə meydana çıxdığı 23 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə edib. 24 yaşlı futbolçu iyunun 9-da müqavilə ilə məxsus olduğu "köhlən atlar"a qayıdacaq. Afrikalı futbolçunun Ağdam təmsilçisi ilə 1 illik sözləşməsi var.







Xəbər news