2 fevral 2026. Bazar ertəsi

Avropanın ən çox borcu olan futbol klubları açıqlandı


Avropanın ən çox borcu olan futbol klubları açıqlandı

Avropanın ən çox borcu olan futbol klubları açıqlanıb.

Corner.az xəbər verir ki, bu barədə “Deloitte” şirkətinin hesabatında bildirilir.

Siyahının ilk pilləsindən İspaniyanın "Barselona" klubu qərarlaşıb. Hazırda Kataloniya təmsilçisinin 1,3 milyard borcu var.

Klub məhz bu səbəbdən ötən il argentinalı ulduz futbolçusu Lionel Messi ilə müqavilənin müddətini yeniləyə bilməyib və 34 yaşlı hücumçu Fransa PSJ-sinə keçib.

İkinci sırada 900 milyon avro borcla İtaliya "Yuventus"u yer alıb. İlk "3-lüy"ü 826 milyon avro borcla İngiltərə "Tottenhem"i qapayır.

Növbəti sıralarda İtaliyanın "İnter" (702 milyon avro), Milan (666 milyon avro), İspaniyanın "Real Madrid" (662 milyon avro), İngiltərənin "Arsenal" (625 milyon avro), İspaniyanın "Atletiko" (Madrid) (523 milyon avro), İngiltərənin "Mançester Yunayted" (420 milyon avro) və "Liverpul" (386 milyon avro) klubları qərarlaşıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO