1 fevral 2026. Bazar günü

UEFA Şərqi Avropa klublarını qorumur - Tanınmış məşqçi


UEFA Şərqi Avropa klublarını qorumur - Tanınmış məşqçi

“Zenit”in Çempionlar Liqasının növbəti mövsümündə 1/4 finaladək irəliləməsi asan olmayacaq. Axı, UEFA Şərqi Avropa klublarını qorumur”.

Corner.az xəbər verir ki, bunu “Sport-Ekspres”ə müsahibəsində Rusiyanın “Zenit” komandasının sabiq baş məşqçisi Andre Villaş-Boaş deyib. 42 yaşlı portuqaliyalı mütəxəssisin sözlərinə görə, qitənin ən nüfuzlu klub turnirində pley-off oyunları bir həftə irəli çəkilməlidir: “Bununla bağlı narazılığımı Avropa məşqçilərinin forumunda ifadə etdim, ancaq heç nə dəyişmədi. Biz bu oyunlara böyük ritm çatışmazlığı ilə yaxınlaşırıq”.

Çempionlar Liqasının cari mövsümündə 1/8 final mərhələsinin ilk oyunları 13-14 fevralda, cavab görüşləri isə bir həftə sonra keçirilib. Rusiya Premyer Liqasında isə mövsümün ikinci yarısına martın 1-də start verilib.

Qeyd edək ki, Andre Villaş-Boaş indiyədək “Zenit”lə yanaşı, Portuqaliyanın “Porto”, İngiltərənin “Chelsea” və “Tottenham”, eləcə də Çinin “Şanxay” komandalarını çalışdırıb. O, 2017-ci ildən işsizdir.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO