2 fevral 2026. Bazar ertəsi

Son 5 ildə ilk darmadağın, yığmada ikinci titul


Son 5 ildə ilk darmadağın, yığmada ikinci titul

Futbol üzrə İtaliya milli komandası son 5 ildə ilk dəfə böyük hesabla uduzub.

Corner.az-ın məlumatına görə, "Skuadra Adzurra" Finalissimada Argentinaya 0:3 hesabı ilə məğlub olub.

Sonuncu dəfə oxşar hesabla məğlubiyyəti 2017-ci ilin sentyabrında eyni hesabla İspaniyadan alınıb. İtaliya ötən il əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatmış final görüşündə İngiltərəyə penaltilərlə 5:4 hesabı ilə qalib gələrək, AVRO-2020-nin qızıl medalçısı olub.

Argentina yığmasının kapitanı Lionel Messi isə milli komandada ikinci titulunu əldə edib. Bu kollektiv 2021-ci ildə finalda Braziliyanı 1:0 hesabı ilə yenərək, Amerika Kubokunu qazanıb. Messi 2014-cü il dünya çempionatında da titul əldə etməyə yaxın olub. Lakin həmin vaxt Argentina həlledici qarşılaşmada Almaniyaya 0:1 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO