- Xəbər news
- 21:58 14.03.2026
Braziliyalı futbol əfsanəsi Pele Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı müraciət edib.
Bu barədə Corner.az ə istinadən xəbər verir.
“Bugünkü oyundan bir xahiş etmək üçün fürsət kimi istifadə etmək istəyirəm: Bu işğalı dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur”, - 81 yaşlı əfsanə futbolçu şəxsi "İnstaqram" hesabında bildirib.
O, bu münaqişə şərdir, əsassızdır və xalqa ağrı, qorxu, dəhşət və əzabdan başqa heç nə gətirmir sözlərini də əlavə edib.
Qeyd edək ki, Pele və Putin sonuncu dəfə 2017-ci ildə Moskvada Konfederasiyalar Kuboku zamanı görüşüblər. Rusiya Prezidenti daha sonra Peleni sevimli oyunçularından biri adlandırıb.