Ukraynada peşəkar futbol yarışlarının bu ilin avqust ayında bərpa olunması planlaşdırılır. Corner.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavlenko məlumat verib.
O bildirib ki, bu məsələni dövlət başçısı Volodimir Zelenski ilə müzakirə ediblər:
“Prezident Volodimir Zelenski ilə futbolu müzakirə etdik. Biz futbolun insanların gələcək haqqında düşünməsinə kömək etmək üçün çox böyük gücə malik olmasından danışdıq. Buna görə də Ukrayna çempionatını avqustda bərpa etmək qərarına gəldik”.
Bildirək ki, Rusiyanın fevralın 24-də Ukraynaya hərbi hücumu ilə əlaqədar bu ölkədə bütün idman yarışları dayandırılıb. Başa çatmayan 2021/22 mövsümünün qalibi isə Donetsk “Şaxtyor”u elan edilib