1 fevral 2026. Bazar günü

Messiyə orden verildi


Messiyə orden verildi

“Barcelona”nın argentinalı futbolçusu Lionel Messi mükafatlandırılıb.

Corner.az xəbər verir ki, 31 yaşlı hücumçu Kataloniya hökuməti tərəfindən “La Creu de Sant Jordi” (“Müqəddəs Jordi Xaçı”) ordeninə layiq görülüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“La Creu de Sant Jordi” mükafatı 1981-ci ildən etibarən, hər il verilən ordendir. Mükafat mədəni və sosial həyatda Kataloniya adının yüksəldilməsində xidmət göstərmiş şəxslərə verilir.

Qeyd edək ki, Messinin mükafatlandırma mərasiminin may ayında keçiriləcəyi bildirilir.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO