- Xəbər news
- 22:34 14.11.2024
Braziliya millisinin sabiq futbolçusu Ronaldo 500 km-lik velosiped yürüşünə çıxıb.
Corner.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, 45 yaşlı keçmiş hücumçu bu addımı "Valyadolid"in İspaniya La Liqasına yüksəlməsi səbəbi ilə atıb.
2018-ci ildən klub səhmlərinin 51 faizinə sahib olan funksioner açıqlamasında vədinə sadiq qaldığını bildirib: "Qaça bilməyəcəyim üçün bunu velosipedlə edəcəyəm. Fiziki cəhətdən əziyyət çəkəcəyimi bilirəm. Amma mənim üçün unudulmaz təcrübə olacaq".
Qeyd edək ki, Ronaldo 1994 və 2022-ci illərdə Braziliya yığması ilə dünya çempionu olub