- Xəbər news
- 21:58 14.03.2026
İngiltərə millisinin sabbiq futbolçusu Paul Scholes, “Manchester United”in futbolçusu Pau Pogbanı tənqid edib.
Corner.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən Scholes, fransalı futbolçu haqqında bunları deyib:
“Manchester United”in yarımmüdafiəsində qeyri-müəyyənlik var. Pogbanın qalacağı və ya gedəcəyi aydın deyil. “Manchester United” əvvəllər də əsas oyunçularını itirib. Bunlara Cristiano Ronaldonu, Devid Beckhem, Roy Kini, Rud van Nistelroyu misal göstərə bilərəm. Ancaq onların gedişi komandaya təsir etməyib.
Biz Pogbanın potensialından danışırıq, artıq 26 yaşı var. Öz səviyyəsini göstərməyə başlamalıdır. Əks halda, “Manchester United” yüksək səviyyəyə qalxacaq futbolçusunu itirəcək. Pogba artıq ayılmalıdır. Yoxsa o, öz kiçik dünyasında yaşayacaq və özünü dünyanın ən yaxşısı hesab edəcək”.