Rusiyanın “Match TV” telekanalının gələn mövsüm İngiltərə Premyer Liqasını (İPL) yayımlaya bilməyəcək. Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa növbəti mövsüm yayım hüququnu Rusiya telekanallarına satmayacaq.
Liqa rəhbərliyinin müqaviləni yeniləmək təklifini rədd etdiyi vurğulanıb.