25 oktyabr 2024. Cümə

Qarabağ mövqeyini qorudu, Neftçi irəlilədi


Qarabağ mövqeyini qorudu, Neftçi irəlilədi
Avropanın top komandalarının yeni reytinq siyahısı açıqlanıb. Corner.az xəbər verir ki, siyahıda qitənin 450 ən güclü klubu yer alıb.
 
Azərbaycan siyahıda üç komanda ilə təmsil olunub. Premyer Liqanın son çempionu “Qarabağ” 183 xala malikdir. Ağdam klubu 80-ci pillədəki mövqeyini qoruyub.
 
“Neftçi” 3 pilləlik irəliləyişə nail olub. “Ağ-qaralar” 33 xalla 214-cüdür.
 
İki pillə yüksələn “Qəbələ” isə 5 xalla 370-ci sırada qərarlaşıb.
 
Siyahıya 2211 xala malik “Real” başçılıq edir. İkinci pillədəki “Bayern”in 1695, üçüncü olan “Liverpul”un 1645 xalı var.






Xəbər news