26 noyabr 2024. Çərşənbə axşamı

Neftçi'nin Müşahidə Şurasının qərarları


Neftçi'nin Müşahidə Şurasının qərarları
Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib. Corner.az xəbər verir ki, klub prezidenti Kamran Quliyev ümumi işlər, vitse-prezident Elnur Eyvazov infrastruktur baxımından görülən işlər, növbəti planlar, idman direktoru Zaur Əzizov isə A, B komandaları və Akademiya haqqında hesabat və planlar haqqında çıxış edib.
 
Daha sonra bu məsələlərlə bağlı müzakirələr aparılaraq aşağıdakı qərarlar verilib:
 
1. Akademiya binası növbəti mövsümün sonuna qədər tam tikilib istifadəyə verilsin;
 
2. Samir Abasova xidmətlərinə görə təşəkkür edilsin, onunla və məşqçi heyəti ilə yeni müqavilə imzalanmasın;
 
3. Rəşad Abdullayev B komandaya baş məşqçi təyin edilsin;
 
4. Akademiyaya bu ayın sonuna qədər təklif olunan namizədlər arasından bir nəfər əcnəbi mütəxəssis texniki direktor təyin edilsin;
 
5. A komandaya təklif olunan baş məşqçi namizədlərindən biri ilə danışıqlar yekunlaşsın və 14 iyun tarixinə qədər keçirilməsi planlaşdırılan Müşahidə Şurasının iclasına çıxarılsın;
 
6. Media və Marketinq Departamentinin hesabatı, büdcənin təsdiqi və digər məsələlərin müzakirəsi növbəti görüşün gündəliyinə salınsın.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir