25 oktyabr 2024. Cümə

Lionel Messi seriala çəkildi


Lionel Messi seriala çəkildi

 Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi serialda rol alıb.

Corner.az Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Latın Amerikasının "Müdafiəçilər" serialının çəkilişlərində iştirak edib.

Argentinalı futbolçu serialın ikinci mövsümündə epizodik rolda çəkilib. Ulduz futbolçunun çəkildiyi bu səhnə 2023-cü ildə efirə çıxacaq.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustunda İspaniya "Barselona"sından PSJ-yə keçib. 







Xəbər news