26 noyabr 2024. Çərşənbə axşamı

Əvvəlcə dinini, sonra adını dəyişdi


Əvvəlcə dinini, sonra adını dəyişdi

İngiltərənin "Arsenal" klubunun futbolçusu Tomas Partey mərakeşli Sara Bella ilə evləndikdən sonra adını dəyişib.

Corner.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi özünə Yakubu adını götürüb. Lakin qanalı futbolçu, "topçular"ın heyətində əvvəlki adı ilə çıxış edəcək.

Qananın şərqində xristian ailəsində böyüyən Partey ilin əvvəlində İslamı qəbul etmişdi.

Qeyd edək ki, Tomas Partey "Arsenal"a 2020-ci ildə İspaniya "Atletiko"sundan keçib. Ötən mövsüm o, İngiltərə Premyer Liqasında 24 oyuna çıxıb və 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Partey 2016-cı ildən Qana yığmasına çağırılır. "Arsenal" 2021/2022 mövsümündə 5-ci yeri tutub.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir