25 oktyabr 2024. Cümə

59 qol vuran klub futboldan ömürlük uzaqlaşdırıldı


59 qol vuran klub futboldan ömürlük uzaqlaşdırıldı
Cənubi Afrikada futbol üzrə 3-cü liqada  maraqlı hadisə yaşanıb. Corner.az xəbər verir ki, iki futbol matçında böyük hesablar qeydə alınıb. 
 
İkinci liqaya yüksəlmək istəyən “Matiyasi” klubu “Nsami Mighty Birds”lə oyunda 59:1 hesablı qələbə qazanıb. Maraqlısı budur ki, qarşılaşmada “Nsami Mighty Birds” komandası 41 topu öz qapısına vurub. 
 
Federasiya araşdırma apararaq matçın danışılmış olduğunu bildirib və hər iki komandanı ömürlük futboldan uzaqlaşdırıb. 
 
Eyni liqada mübarizə aparan “Shivulani Dangerous Tigers” isə “Kototo Happy Boys”la görüşdə 33:1 hesabı ilə qalib gəlib. Bu oyunda “Kototo Happy Boys” futbolçuları 7 avtoqol vurub. Yerli federasiya bu matçın da danışılmış olduğunu bildirərək komandalara ömürlük futbol qadağası cəzası verib. 






Xəbər news