Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında çıxış edən mini-futbol üzrə Azərbaycan milli komandası dünən 1/4 final mərhələsində ev sahibi Slovakiya yığmasına qalib gələrək (1:0) yarımfinala vəsiqə qazanıb.
Corner.az xəbər verir ki, iyunun 10-da gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib.
Onlar yarımfinalda komanda üzvlərinə uğurlar arzu ediblər.
Mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib.
Xatırladaq ki, yarımfinalda Qazaxıstanla qarşılaşacaq millimizin matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Koşitsenin “Steel” arenasında start götürəcək.