25 oktyabr 2024. Cümə

İstirahət etməyə vaxt olmadı - Kevin Medina


İstirahət etməyə vaxt olmadı - Kevin Medina
“Qarabağ”ın müdafiəçisi Kevin Medina klubun rəsmi saytına açıqlama verib. Corner.az xəbər verir ki, komandanın hazırlığına qoşulan 29 yaşlı kolumbiyalı müdafiəçi bunları deyib:
 
“Tətil qısa olduğu üçün zaman çox tez keçdi və deyərdim ki, istirahət etməyə vaxt olmadı. Valideynlərim mövsümün ikinci yarısını mənimlə birgə Azərbaycanda keçirmişdilər. Buna görə də biz mövsüm bitən kimi Bakıdan birbaşa Portuqaliyaya yollandıq. Mənim qızım məhz bu ölkədədir. Valideynlərim ilk dəfə övladımı gördülər, yaxından tanış oldular. Daha sonra Kolumbiyaya yollandıq. Ölkəmdə istirahət günlərimi dostlarımla keçirdim və bəzən futbol da oynadıq. Çox istirahət etməyə vaxt olmadı. Bu gün isə yeni mövsümün hazırlığına qoşuldum. Özümü tam hazır hiss edirəm”






Xəbər news