27 mart 2026. Cümə

Belçika klubuna ağır cəza verildi


Belçika klubuna ağır cəza verildi

Belçikanın “Anderlext” klubu cəzalandırılıb.

Corner.az xəbər verir ki, Belçika Futbol Assosiasiyası “Anderlext”ə, yerli çempionatın pley-off mərhələsinin 4-cü turunun “Standard”la görüşündə azarkeşlərin səbəb olduğu hadisələrə görə cəza verib.

Sözügedən qarşılaşma zamanı “Anderlext” azarkeşləri priotexniki vasitələrdən istifadə edib, meydana fişənglər atıb. “Standard”ın 2:0 hesabda öndə olduğu vaxtda oyun dayandırılıb və daha sonra təxirə salınıb.

Belçika Futbol Assosiasiyası “Anderlext”ə 0:5 hesablı texniki məğlubiyyət verib. Bununla yanaşı, Brüssel təmsilçisi növbəti ev oyununu boş tribunalar qarşısında keçirəcək.(komanda)







Xəbər news