25 oktyabr 2024. Cümə

Zirə'nin fəxri prezidentindən milli komandaya təbrik


Zirə'nin fəxri prezidentindən milli komandaya təbrik
"Zirə” klubunun fəxri prezidenti Orxan Məmmədov Azərbaycan mini futbol millisini təbrik edib. Corner.az xəbər verir ki, Məmmədov “Twitter” hesabında belə yazıb:
 
“Slovakiyada mini-futbol üzrə Avropa çempionu olan milli komandamızın bütün üzvlərini  təbrik edirəm. Azərbaycanda yetərincə gənc futbolçular var! Ölkəmizdə futbol var və olmalıdır!  Bunu yığmamız öz əməyi və nəticəsi ilə sübut etdi. Təşəkkürlər, milli!”






Xəbər news