2 fevral 2026. Bazar ertəsi

Topu İbrahimoviçə verməliyəm ki, hirslənməsin


Topu İbrahimoviçə verməliyəm ki, hirslənməsin
“Milan”ın yarımmüdafiəçisi Brahim Dias komanda yoldaşı Zlatan İbrahimoviç haqda maraqlı açıqlama verib. Corner.az xəbər verir ki, 22 yaşlı ispan futbolçu 40 yaşlı İbrahimoviçi atası kimi qəbul etdiyini bildirib:
 
“Zlatan atamla eyni yaşdadır, amma buna baxmayaraq, yenə də oyunların taleyini həll etməyi bacarır. O, mənim üçün paltardəyişmə otağında ata kimidir. Top məndə olanda ona verməliyəm ki, hirslənməsin.
 
O, qalib gəlməyi, məşqdə işləməyi sevən və bunu başqalarına da ötürən biridir. İbra bütün oyunçuları motivasiya edir. Sizi məcbur edir ki, əlinizdən gələnin ən yaxşısını edəsiz”.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO