23 mart 2026. Bazar ertəsi

Azər Əliyevə vəzifə verildi


Azər Əliyevə vəzifə verildi
Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycan Pauerliftinq Federasiyasının 1-ci vitse-prezidenti seçilib. Corner.az xəbər verir ki, Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin iştirakı ilə keçirilən İdarə Heyətinin iclasında Azər Əliyev 1-ci vitse-prezident, Vüqar Namazov, Mahir Musayev və Raif Süleymanov vitse-prezident seçiliblər.
 
Hafiz Verdiyev baş katib, Azər Mustafayev baş məşqçi vəzifəsinə təsdiqlənib.
 
Xatırladaq ki, Azər Əliyev daha əvvəl Azərbaycan Ağır Atletika Federasiyasında vitse-prezident postunu tutub.






Xəbər news